Komitə əməliyyat keçirdi - qanunsuz yolla gətirilən siqaretlər aşkarlandı


Digərləri 09 Avq 2018 14:26:00 234 0

Komitə əməliyyat keçirdi - qanunsuz yolla gətirilən siqaretlər aşkarlandı

Dövlət Gömrük Komitəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar.

Bakı. Elçin Mehdiyev - Dövlət Gömrük Komitəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar. DGK-dən Trend-ə verilən məlumata görə, Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə ölkənin gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan siqaretlərin Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən mənzildə saxlanılaraq "Mitsubushi Pajero" markalı minik avtomobili vasitəsilə şəhərin müxtəlif ərazilərindəki tütün məmulatı və spirtli içkilər satılan pərakəndə satış məntəqələrinə paylanması barədə məlumat daxil olub.