3 saat Lamborghini sürdü,


Digərləri 09 Avq 2018 14:15:00 288 0

3 saat Lamborghini sürdü,

Britaniyanın Cənubi Uels əyalətindəki Nyuport şəhərinin sakini, 25 yaşlı Fərəh Haşi görməmişliyinin qurbanıdır.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə istirahətə yollanan F.Həşi oradakı "Palm Jumairah" otelində qalırdı. O, "Saeed Ali Rent a Car" avtomobil icarə şirkətinə yollanaraq əylənmək üçün orada "Lamborghini Huracan" avtomobilini icarəyə götürüb.

Dubayda 3 saat maşın sürən F.Həşiyə polis 175 min dirhəm (təqribən 48 min dollar) cərimə yazıb.

25 yaşlı F.Həşi "Lamborghini Huracan"ın iki günlük icarəsi üçün 1200 dollar ödəmişdi.

Fəqət, Dubaydakı Şeyx Zeyd şossesində o, maşını 230 km/saat sürətlə sürdüyü üçün britaniyalı turisti polis saxlayıb.

"Lamborghini Huracan" müsadirə olunub və cərimə meydançasına göndərilib.


Xəbərə aid fotolar