Ramil Quliyev Avropa çempionatının finalına yüksəldi


İdman 09 Avq 2018 14:15:00 286 0

Ramil Quliyev Avropa çempionatının finalına yüksəldi

Türkiyə millisində çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Avropa çempionatında finala yüksəlib.

Goal.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Almaniyanın paytaxtı Berlində keçirilən kişilər arasında 200 metrlik məsafəni qət etmə üzrə yarımfinalda yarışan Ramil finala vəsiqə qazanıb.

Qeyd edək ki, final yarışı sabah keçiriləcək.