Dövlət büdcəsinə gömrük daxilolmaları 30 faizdən çox artıb
Digərləri 09 Avq 2018 14:04:00 229 0
2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 1,94 milyard manat köçürüb ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 32,2 faiz çoxdur.
Son.az xəbər verir ki, Trend bu barədə DGK-nin hesabatına istinadən məlumat verir.
İyul ayı üzrə büdcə köçürmələr 322,16 milyon manat təşkil edib. Ötən ay büdcəyə daxilolmalar gömrük rüsumlarından 85,95 milyon manat, ƏDV-dən 214,51 milyon manat, aksizlərdən 18,25 milyon manat, yol vergisindən 3,45 milyon manata bərabər olub.
Mənbə: milli.az