Məşhur tibb universiteti saxtakar çıxdı


Digərləri 09 Avq 2018 13:51:00 290 0

Məşhur tibb universiteti saxtakar çıxdı

Dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri sayılan Tokio Tibb Universiteti ilə bağlı böyük qalmaqal yaşanır.

Universitetin 2006-cı ildən bəri qəbul imtahanlarının nəticələrini saxtalaşdırdığını, tələbələr arasında qızların sayını bu minvalla minimuma endirməyə çalışdığı bəlli olub.

Son.az Yomiuri-yə istinadən bildirr ki, qəbul imtahanlarında xanım abiturientlərin ballarının bilərəkdən, qəsdən azaldılması faktları daxili araşdırma nəticəsində təsdiqlənəndən sonra universitet rəhbərliyi mətbuat konfransı keçirərək üzr istəyib.

"Universitet həkimlər arasında kişilərin mümkün qədər çox olmasına çalışıb. Sən demə, Tokio Tibb Universitetinn rəhbərliyinin fikrincə, qadınlar ərə gedib uşaq dünyaya gətirəndən sonra karyeralarını onsuz da başa vuracaqlar",  - Yaponiya mediası yazır.


Xəbərə aid fotolar