"Azərbaycanda manatın məzənnəsinin dalğalanması üçün səbəblər mövcud deyil"


Digərləri 09 Avq 2018 13:47:00 204 0

"Azərbaycanda manatın məzənnəsinin dalğalanması üçün səbəblər mövcud deyil"

"Azərbaycanda bu gün manatın məzənnəsinin dalğalanması üçün səbəblər mövcud deyil".

Son.az xəbər verir ki, bunu Trend-ə iqtisadçı ekspert, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyib.

O deyib: "Son dövrlərdə manatın məzənnəsinin dalğalanmasının olmaması, iqtisadiyyatın dollarlaşma səviyyəsinin aşağı olması, tədiyə balansının cari əməliyyatlar hesabının müsbət dinamikası - bütün bu amillər deməyə imkan verir ki, Azərbaycanda milli valyutanın məzənnəsinin sabitliyi qorunub saxlanacaq. Demək olar ki, bu gün manat lazımi səviyyədədir. Vətəndaşların milli valyutaya inamı artıb. Vəziyyəti dövlətin vaxtlı-vaxtında addımları nəticəsində sabitləşdirmək mümkün olub".