Bred Pitt: "Ancelina Coli gözünün içinədək yalan deyir"


Digərləri 09 Avq 2018 13:30:00 262 0

Bred Pitt: "Ancelina Coli gözünün içinədək yalan deyir"

Dünyanın ən populyar aktyorlarından biri, Hollivud ulduzu Bred Pitt sabiq xanımı, aktrisa Ancelina Colinin alimentlərin ödənilməməsi ilə bağlı ittihamlarına cavab verib.

Son.az TMZ-yə istinadən bildirir ki, 54 yaşlı Pittin vəkillərinin yaydıqları bəyanata görə, aktyor 43 yaşlı sabiq xanımı ilə münasibətləri kəsəndən bəri aliment qismində toplam olaraq 9 milyon dollar ödəyib.

Pitt və Coli boşanma prosesini davam etdirirlər.

A.Colinin vəkilləri məhkəməyə müraciət edərək bildiriblər ki, Pitt Colidən ayrılandan bəri ona və övladlarına "heç bir əhəmiyyətli məbləğ ödəməyib".


Xəbərə aid fotolar