Tailandda rahibə 114 il həbs cəzası verilib


Dünya 09 Avq 2018 13:34:00 268 0

Tailandda rahibə 114 il həbs cəzası verilib

Tailandda məhkəmə keçmiş rahibi 114 il müddətinə azadlıqdan məhrum edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, rahib fırıldaqçılıq, çirkli pulların yuyulması və kompüterdən istifadə etməklə cinayət törətməkdə ittiham olunub.

Fırıldaqçılığa görə rahibə 87 il, çirkli pulların yuyulmasına görə 24 il, kompüterlə cinayətə görə 3 il cəza verilib. Tailand qanunvericiliyinə əsasən o, 20 il həbsxanada yatacaq.