Ağsuda həyətyanı sahədə çətənə kolları və marixuana aşkarlanıb


Digərləri 09 Avq 2018 13:32:58 261 0

Ağsuda həyətyanı sahədə çətənə kolları və marixuana aşkarlanıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağsu rayon sakini Elçin Abbasov saxlanılıb

Bakı. Ağsuda həyətyanı sahədə çətənə kolları və marixuana aşkarlanıb. DİN-dən Trend-ə verilən məlumata görə,Baş Narkotiklərlə Mübarizə İdarəsi və Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini Elçin Abbasov saxlanılıb.