Fransalı professor: "Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir" - MÜSAHİBƏ


Siyasət 09 Avq 2018 13:22:07 314 0

Fransalı professor: "Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir" - MÜSAHİBƏ

"ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanması istiqamətində fəaliyyəti heç bir nəticə vermir"

Paris Sorbon Universitetinin geosiyasət üzrə professoru, Fransa paytaxtının5-ci rayonunun mer müavini Jak Soppelsanın "Report"un Qərbi Avropa bürosuna müsahibəsi.

- Siz"Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitabın həmmüəllifisiniz. Bəs belə bir kitabın nəşriFransa ictimaiyyəti tərəfindən necə qarşılandı?

- Mən2015-ci ildəFransanın Sorbon Universitetinin siyasi elmlər doktoruTurab Qurbanovla birgə "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitab yazmışam. Kitabın nəşriFransada erməni diasporunun kəskin etirazlarına və ədavətinə səbəb oldu. Onlar bu kitaba görəmənə qarşı çox aqressiv mövqe tutdular. Halbuki bizim kitabımız Fransa ictimaiyyəti tərəfindən, habelə ali təhsil müəssisələrindəçox müsbət qarşılandı. Fikrimcə,Ermənistanda yaşayan ermənilər Fransadakı erməni diasporu qədər aqressiv deyillər. Fransada yaşayan erməni mənşəli son nəslin nümayəndələri heç vaxt Dağlıq Qarabağda və Ermənistanda yaşamamalarına baxmayaraq, özlərini çox aqressiv aparırlar. Biz kitabın təqdimatını Paris şəhərinin 5-ci meriyasında təşkil etdik. Bu zaman tədbirdə iştirak edən erməni diasporunun nümayəndələri tərəfindən özümüzə qarşı son dərəcəaqressiv münasibətlə qarşılaşdıq. Bütün bunlar isə Fransada erməni diasporunun apardığı təbliğatın nəticəsidir. Hesab edirəm ki,buna bir problem kimi yanaşılmalı və həlli üçün çalışılmalıdır.

- Bildiyiniz kimi,Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu Ermənistanın işğalı altındadır. Sizcə, Azərbaycanla bağlıhəqiqətləri Fransada necə yaymaq olar?

- Azərbaycan həqiqətlərinin dünyada, o cümlədən Fransada yayılması vacibdir. Hamı haqlı tərəfin ölkəniz olduğunu bilməlidir. Çünki Azərbaycan zərərçəkən tərəfdir. MəhzƏmir Əliyevin "Azərbaycan beynəlxalq cinayətlərin hədəfi: hüquqi təhlil" kitabı obyektivlik və hüquqi neytrallıq prinsiplərinə söykənərək, hüquqi mənbələrə əsaslanaraq Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Azərbaycan münasibətləri, həmçinin Cənubi Qafqazda vəziyyətin hüquqi təhlilinə həsr olunub, tarixi və fundamental həqiqətləri üzə çıxarır. Bu kitabın fransız dilinə tərcümə edilməsi həqiqətlərin Fransada yayılması baxılmasından böyük əhəmiyyət kəsb edir.

- Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindənbiridir. Rəsmi ParisinDağlıq Qarabağmünaqişəsinin həllində nümayiş etdirdiyi süstlüyü necə izah edərdiniz?

- Fransa BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk qrupunun üzvüdür. Fransa vasitəçi qismində Dağlıq Qarabağmünaqişəsinin həllində böyük rol oynaya bilər. Düzdür, bu, utopiyaya bənzəyə bilər,lakin Fransanın regionda kifayət qədər böyük nüfuza malik olduğunu unutmamalıyıq. Burada da Fransadakı erməni diasporununmənfi təsiri öz rolunu oynayır. Bilirsiniz ki, bir sıra bölgələrimizdə erməni diasporu çox güclüdür. Məsələn,Azərbaycan Beynəlxalq Frankofoniya Təşkilatına üzv olmaq üçün namizədliyini irəli sürüb. Lakin erməni diasporunun təsiri nəticəsində Azərbaycan təşkilata üzv qəbul olunmur.

- Sizcə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyəti yetərlidirmi?

- XIX-XX əsrlərdə regionda kütləvi miqrasiya və xüsusilə SSRİ dövründə ruslar tərəfindən əhalinin kütləvi şəkildəköçürülməsi həyata keçirilib,demoqrafik vəziyyət dəyişdirilib. Nəticədə regionda münaqişə ocağı yaradılıb. Azərbaycanlılar öz torpaqlarından qovulub və onlar hələ də öz yurdlarına qayıda bilmirlər.

Artıq uzun illərdir ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağmünaqişəsinin nizamlanması istiqamətində fəaliyyətiheç bir nəticə vermir. Mən Dağlıq Qarabağ münaqişəsinin həllində bu qurumunnümayiş etdirdiyi zəiflikdən təəssüflənirəm. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) var və onlardan üçü ATƏT-in Minsk qrupunun həmsədridir. Hesab edirəm ki, həmsədrlərin sayını artırmaq, Minsk qrupunayeni dövlətlər cəlb etmək lazımdır.