2 manatlıq xidməti turistə 20 manata təklif edən


Digərləri 09 Avq 2018 13:26:00 221 0

2 manatlıq xidməti turistə 20 manata təklif edən

Azərbaycana gələn xarici turistlərin sayı hər il daha da artır və gələn qonaqları növbəti dəfə ölkəyə cəlb etmək üçün bir sıra qaydalara əməl etmək lazımdır. 

Son.az ARB TV-yə istinadən xəbər verir ki, bir çox hallarda xarici turistlər, elə yerli qonaqlar işbazların göstərdiyi xidmətlərə görə qiymət oyunlarının qurbanı olurlar.

Taleh Sultanov - Turizm İnformasiya Mərkəzinin əməkdaşı: "Qubaya gələn turistlərin sayı təxminən 25% artmışdır. Bunlar əsasən Qubanın dağlıq kəndlərinə üz tutan turistlərimizdir. Demək olar ki, qubanın 45-ə yaxın turizm istirahət mərkəzi vardır ki, burda da hər bir şərait yaradılmışdır". 

Qubaya gələn turistlər daha çox Qəçrəş, Xınalıq, və Çənlibel gölü adlanan turizm məkanlarında istirahət etməyə üstünlük verirlər. Amma kilometrlərlə məsafə qət edərək gələn əcnəbilər təbiətdən zövq alsalar da, məyus olduqları məqamlar da az deyil.

Fayez Əbdülhəmid - Turist: "Səfərimin ilk günü Bakı şəhəri ilə tanış oldum. Bakı qədim şəhərdir. Nizami küçəsini bəyəndim. Bu gün isə Qubaya gəldik. Buranın təbiəti ilə yaxından tanış oluruq. Otellər və restoranlarda qiymətlə normaldır. Amma bir sıra xismətlərin bir az ucuz olması yaxşı olar. 

Qubanın mərkəzindən təxminən 14 kilometr aralıda yerləşən Çənlibel gölünə gələn xarici turistlər arasında ərəblər üstünlük təşkil edirlər. Burada qonaqlara təklif edilən qayıqla gəzinti yerli turistlər üçün 2 manat olduğu halda, xarici turistlər üçün 5 manatdır. Hələ turist ərəb olarsa, bu qiymət bir nəfər üçün 20 manatadək qalxa bilir. Ekspertlər bildirirlər ki, sahibkarların xarici turistlərə həddindən artıq qiymət oxumaları qanunsuz olmaqla yanaşı, birbaşa onların özlərinə ziyandır.


Xəbərə aid fotolar