Balaxanıda iki maşın toqquşdu - Ölənlər var


Digərləri 09 Avq 2018 13:03:39 347 0

Balaxanıda iki maşın toqquşdu - Ölənlər var

Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 8-də saat 23 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində qəsəbə sakinləri Kamran Muradovun idarə etdiyi “TOFAŞ” markalı avtomobili yolun kənarında dayanmış Ziya Dövlətovun idarə etdiyi “Hyundai HD” markalı avtomobilə vurub.