Kaliforniyada meşə yanğınının söndürülməsinə 14 min nəfər cəlb edilib


Dünya 09 Avq 2018 12:56:11 273 0

Kaliforniyada meşə yanğınının söndürülməsinə 14 min nəfər cəlb edilib

Yanğın nəticəsində 7 nəfər ölüb, 1500 tikili yanıb

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınının söndürülməsinə 14 min yanğınsöndürən, hərbçi və məhbus cəlb edilib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatı Kaliforniyanın Meşə təsərrüfatı və yanğından mühafizə idarəsi yayıb.

Yanğının söndürülməsində 12 min yanğınsöndürən, uyğun kursu keçmiş 2 minə yaxın məhbus iştirak edir. Hadisə yerinə mindən çox yanğınsöndürən avtomobil, 59 buldozer, 17 təyyarə və 12 helikopter fəaliyyət göstərir.

Yanğın artıq 1176 kv. km meşə təsərrüfatını məhv edib. Yanğın nəticəsində7 nəfər ölüb, 1500 tikili yanıb.

Mütəxəssislər ştatın tarixində ən böyük yanğının avqustun sonunadək davam edəcəyindən ehtiyatlanırlar.