Qareka postunda qaldı


İdman 09 Avq 2018 12:52:00 252 0

Qareka postunda qaldı

Peru millisinin baş məçqçisi Rikardo Qareka postunu tərk etməyəcək.

Goal.az xəbər verir ki, 60 yaşlı mütəxəssislə yeni müqavilə bağlanılıb. Peru Futbol Federasiyası Qarekanın təcrübəsindən yararlanmaq niyyətindədir. Müqavilənin detalları barədə məlumat verilmir.

Rikardo Qareka 2015-ci ildən millini çalışdırır. Peru millisi 36 ildən sonra onun rəhbərliyi altında dünya çempionatının  final mərhələsinə yüksəlib. DÇ-2018-də perulular qrup mərhələsində mübarizəni dayandırıblar.