ABŞın Azərbaycandakı səfirliyinin dəstəyi ilə


Digərləri 09 Avq 2018 12:37:00 205 0

ABŞın Azərbaycandakı səfirliyinin dəstəyi ilə

ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə bizim ən böyük və uğurlu tədbirimiz - "WoWoman in ME-2" başlayır.

WoWoman - ən böyük arzu və məqsədlərin gerçəkləşməsi üçün məkan və imkanlar yaratmaq naminə təsis edilmiş qadın inkişaf platformasıdır.

WoWoman in Me

Xanımlara gündəlik həyatları və peşəkar karyeralarına sahibkarsayağı yanaşma tərzi ilə proaktiv lider olmağı öyrənməkdə lazım olan güvən, mühit və real imkanları təmin etmək üçün təşkil olunmuş xüsusi proqramdır.

- Proqram nədən ibarətdir?

10 sessiya

- Hər sessiya həftəsonları (Şənbə günləri 17:00-20:00, Bazar günləri 11:00-14:00) 3 saatlıq müddətə nəzərdə tutulur. (dəqiq tarix aşağıda qeyd olunub)

25 mentor

- Aparıcı yerli peşəkarlar 3 aylıq fərdi mentorluq müddətində məqsədlərinizə çatmaqda yardım etmək üçün öz zaman və enerjilərini sizlərə həsr edəcəklər.

3 ay fərdi mentorluq

- Fərdi proqram sonrası mentorluq fəaliyyətiniz və sizə gərəkən dəstəyi müzakirə etmək üçün mentorunuzla şəxsən və ya onlayn şəkildə görüş daxildir.

1 möhtəşəm bağlanış konfransı

- Noyabr ayının əvvəli qabaqcıl yerli və beynəlxalq spikerlərin iştirakı ilə 300 nəfər qonaqdan ibarət möhtəşəm bağlanış konfransı baş tutacaq.

Sizləri nələr gözləyir?

İnteraktiv sessiyalar

- Klassik məktəbsayağı mühazirələr gözləməyin, daima hərəkətdə olacaq, öz daxilinizə qərq olacaq və hər addımınızda böyüyəcəksiniz.

Tapşırıq və öhdəliklər

- Hər sessiya sonrası bir həftə boyunca yerinə yetirilməsi gərəkən fərdi və ya komanda tapşırıqları və öhdəliklər veriləcək.

Əyləncə və yeni mühit

- Həmfikirlərinizlə tanış olacaq, qabaqcıl yerli peşəkarlar tərəfindən mentor olunacaq və rəqs dərsləri və digər fəaliyyətlər daxil olmaqla bolluca əylənəcəksiniz.

Bu 5 həftəlik intensiv proqramdır. Daha yaxşı nəticələr əldə etmək üçün bütün dərslərdə iştirakınız tələb olunur.

Xəyal qur:

Modul 1: 22 - 23 sentyabr

Cəhd et: