Astarada keçmiş çay fabrikindən silahsursat tapıldı


Digərləri 09 Avq 2018 12:29:00 252 0

Astarada keçmiş çay fabrikindən silahsursat tapıldı

Astarada çay fabrikindən silah-sursat tapılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Astara RPŞ və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən birgə görülmüş tədbirlərlə Pensər kəndində yerləşən, hazırda fəaliyyət göstərməyən çay fabrikinin ərazisinə baxış zamanı oradan 4 ədəd avtomat, 2 ədəd bıçaq, 1 ədəd patron darağı, əleyqaz və digər silah-sursat aşkar edilərək götürülüb.