Avroliqa matçında jurnalistlər döyüldü


İdman 09 Avq 2018 12:29:00 265 0

Avroliqa matçında jurnalistlər döyüldü

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində PAOK-la Spartak arasında keçirilən ilk oyunda insident yaşanıb.

Goal.az xəbər verir ki, Salonikidə keçirilən oyunda yunan azarkeşlər rusiyalı jurnalistləri qarət edib və döyüblər. Qarət hadisəsi oyundan əvvəl olub. Oyun başlayan zaman isə azarkeşlər mətbuat lojasına hücum ediblər. Fanatlar jurnalistlərdən birinə bir neçə zərbə vurublar.

Rusiyalı jurnalistlər bildiriblər ki, hadisə stadionun stüardlarının gözü qarşısında baş verib. Təhlükəsizliyə cavabdeh şəxslər, demək olar ki, seyrçi mövqe tutublar.

Qarşılaşma PAOK-un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.