Otellər 167 milyon manat qazanıb


Digərləri 09 Avq 2018 12:15:00 241 0

Otellər 167 milyon manat qazanıb

Bu ilin ötən dövründə Azərbaycanda otellərin və mehmanxanaların qonaq qəbul etməsi ilə bağlı statistik məlumatlar açıqlanıb.

Son.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən qafqazinfo-ya verilən məlumata görə, 2018-ci ilin yanvar-iyun aylarında ölkə üzrə mehmanxanalarda 1 milyon 288 min gecələmə keçirilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,3 faiz çoxdur. Gecələmələrin 62 faizi Bakıda, 9,7 faizi Qəbələdə, 5,1 faizi Qusarda, 4,5 faizi Naftalanda, 3,6 faizi Qubada, 3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,5 faizi Xaçmazda, 1,1 faizi Ağstafada, 9,1 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 935,2 min təşkil edib.