PKK silahlısının hücumu nəticəsində ABŞ hərbçisi yaralandı


Dünya 09 Avq 2018 11:45:00 288 0

PKK silahlısının hücumu nəticəsində ABŞ hərbçisi yaralandı

Terrorçu PKK qruplaşmasının Suriyadakı qollarından biri olan YPG silahlılarının hücumu nəticəsində ABŞ dəniz piyadaları korpusunun çavuşu Kemeron Xalkoviç yaralanıb.

Son.az Report-a istinadən xəbər verir ki, bunu ABŞ-ın "Task and Purpose" portalı hadisə yerində olan şahidlərə istinadən yazıb.

Hadisə ABŞ-ın Deyr-əz-Zor yaxınlığında yerləşən hərbi bazasında baş verib. Bildirilib ki, ABŞ hərbçisi yerli ərəb sakinlərə yardım etdiyi üçün PKK/YPG-dən olan terrorçunun hücumuna məruz qalıb.

Çavuşun yanında olan kapral Keyn Dauni tərəfindən "M-4" çaplı tüfəngdən açılan atəş nəticəsində terrorçu öldürülüb.