“Azərbaycan Kredit Bürosu”nun rəhbərliyində dəyişiklik olub


Digərləri 09 Avq 2018 11:48:00 234 0

“Azərbaycan Kredit Bürosu”nun rəhbərliyində dəyişiklik olub

"Azərbaycan Kredit Bürosu" MMC-nin (AKB) Müşahidə Şurasında (MŞ) dəyişiklik olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Şakir Rəhimov və Fərid Məmmədov Müşahidə Şurasını tərk ediblər.

Onların əvəzinə isə Müşahidə Şurasına Elnur Həsənov və Cavid Mirzəyev daxil olub.