Tovuzda 11 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur (FOTO/VİDEO)


Digərləri 09 Avq 2018 11:32:36 263 0

Tovuzda 11 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur (FOTO/VİDEO)

Tovuzda strateji əhəmiyyətə malik bir neçə yolun yenidən qurulması bitir.

Bakı. Tovuzda strateji əhəmiyyətə malik bir neçə yolun yenidən qurulması bitir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, söhbət Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolundan, həmçinin Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yollarından gedir. Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yollarının ümumi uzunluğu 15 km təşkil edir. Tikinti layihəsinə uyğun olaraq, düşərgə və Hacıhəsənli kəndinə giriş yolunun asfalt-beton örtüklü, Yanıqlı, Sofular və Saladinli kəndlərinin giriş yollarının isə çınqıl örtüklü olması nəzərdə tutulub.