Bakıda ağac kəsən şəxs 2200 manat cərimələndi


Digərləri 09 Avq 2018 11:30:00 261 0

Bakıda ağac kəsən şəxs 2200 manat cərimələndi

https://az.trend.az/azerbaijan/incident/2938585.html

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu, Azadlıq küçəsi 15 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 1 lüqustr ağacının kəsildiyi, 1 əncir ağacının qanunsuz budandığı və təbiətə 720 manat məbləğində ziyan dəydiyi məlum olub.


Xəbərə aid fotolar