Sabiq baş nazirin qardaşı saxlanıldı


Dünya 09 Avq 2018 09:34:00 241 0

Sabiq baş nazirin qardaşı saxlanıldı

1 mart 2008-ci il hadisələri ilə əlaqədar cinayət işi çərçivəsində Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın qardaşı Henrix Abramyan Yerevanda saxlanılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, avqustun 6-sı və 7-si keçirilmiş əməliyyatlar zamanı Mxçyan kəndində Ambik Gevorkyanın adına rəsmiləşdirilmiş, əslində isə Abramyanlara məxsus köhnə mexanika-təmir zavodunda müxtəlif silah-sursat tapılıb. Onların 2008-ci il hadisələri zamanı istifadə edilib-edilmədiyi araşdırılır. 

Qevorkyanla Abramyan qanunsuz silah saxlamaqda ittiham edilir.