Android 9.0 Pie təqdim olundu VİDEO


Digərləri 09 Avq 2018 08:51:00 256 0

Android 9.0 Pie təqdim olundu  VİDEO

"Google" şirkəti 6 avqust tarixində "Android P" mobil əməliyyat sisteminin yekun versiyasını təqdim edib. Məlumat üçün bildirək ki, sözügedən sisteminin elanı 20 avqust tarixinə gözlənilirdi. Yeni platforma "Android 9.0 Pie" adlandırılıb.   Son.az ICTnews-a istinadən bildirir ki, cari ilin martında elan edilmiş "Android"in yenilənmiş versiyasında bir sıra dəyişikliklər edilib: enerji sərfiyyatına nəzarət sistemi təkmilləşdirilib, jestlərlə idarəetmə sistemi yenilənib, mobil tətbiqlərdən istifadə üzrə məlumatlara baxmağa imkan verən "Android Dashboard" paneli, "Android"in əsas menyusunda mobil proqramların müəyyən funksiyalarından istifadə imkanı və bir sıra başqa yeniləmələr əlçatan olub. Hazırda yalnız "Google Pixel" smartfonlarının sahibləri "Android 9.0 Pie" sistemini öz qurğularına quraşdıra bilər, payızın sonuna kimi isə "Sony", "Xiaomi", "HMD Global" ("Nokia" brendi), "Oppo", "Vivo", "OnePlus" və "Essential" smartfonlarının istifadəçiləri də yeni sistemdən istifadə edə biləcəklər.


Xəbərə aid video