Dondurma yemək üçün 5 səbəb


Digərləri 09 Avq 2018 08:15:00 257 0

Dondurma yemək üçün 5 səbəb

SÜMÜK VƏ DİŞ SAĞLAMLIĞI ÜÇÜN ƏHƏMİYYƏTLİDİR - Dondurma tərkibindəki süd ilə tam mənada bir kalsium mənbəyidir. Kalsium da sümük və diş sağlamlığı üçün çox əhəmiyyətlidir. Kalsium sümükləri gücləndirir, dişləri qoruyur və diş ətlərinin güclənməsinə kömək edir. Yaş qruplarına görə fərqli kalsium ehtiyacına sahibik.

ƏZƏLƏLƏRİ GÜCLƏNDİRİR - Zülallar bədənin quruluş daşını meydana gətirir. Son.az deyerler.org-a istinadən bildirir ki, əzələlərin təməl quruluşu da zülallardan meydana gəlir. Bu səbəblə əzələlərin inkişafında zülal qəbulu əhəmiyyətlidir. Ən keyfiyyətli zülallar heyvan mənşəli qaynaqlarda var. Ət, toyuq və balıqla yanaşı süd və süd məhsullarının zülalı da keyfiyyətli zülal qrupuna daxildir. Əzələ sağlamlığı üçün əhəmiyyət daşıyan keyfiyyətli zülal ehtiyacınıza süd məhsullarından biri olan dondurma ilə də dəstək ola bilərsiniz.

ARIQLAMAĞA KÖMƏK EDİR - Aparılan bir araşdırmada, pəhriz növündən asılı olmayaraq, süd və məhsullarından alınan kalsium nisbəti yüksək olan qrupda çəki itkisinin daha çox olduğu müşahidə edilmişdir. Bu səbəbdən dondurma da kalsium ehtiyacını qarşılamağa dəstək olaraq, arıqlamağa töhfə verə bilir.