Sinqapur qlobal konvensiya hazırlamağı təklif edir


Digərləri 09 Avq 2018 07:22:00 271 0

Sinqapur qlobal konvensiya hazırlamağı təklif edir

Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan Şərqi Asiya Sammitinə daxil olan iştirakçı ölkələrin nazirlərinin iclasının yekunları üzrə mətbuat konfransında kibertəhlükəsizlik üzrə qlobal konvensiyanın yaradılmasına ehtiyac olduğunu bildirib.   Son.az ICTnews-a istinadən bildirir ki, nazirin sözlərinə görə, yeni sənəd ölkələrin kibertəhdidlərdən mühafizə üzrə fəaliyyətini tənzimləməyə imkan verəcək.   "Biz rəqəmli təhlükəsizliyin təmini baxımından bütün ölkələrin fəaliyyətini tənzimləyən və BMT-nin himayəsi altında qüvvədə olan konvensiyalara bənzər qlobal sənəd hazırlayaraq qəbul etmək istəyirik. Biz dünyanın rəqəmli inqilab dövrü yaşamasına görə ümumi mexanizm yaratmaq niyyətindəyik", - o qeyd edib. Xarici işlər naziri onu da vurğulayıb ki, Sinqapur bu sahədə ayrı-ayrı ölkələrlə eksklüziv sazişlərin imzalanmasında maraqlı deyil.   Xatırladaq ki, bir müddət əvvəl hakerlər Sinqapurun ən böyük "SingHealth" tibbi müəssisə qrupunun kompüterlərinə hücum edərək 1,5 milyon insanın, o cümlədən ölkənin baş nazirinin fərdi məlumatlarını oğurlayıblar.