Tibo Kurtua istəyinə çatdı


Digərləri 09 Avq 2018 00:18:59 371 0

Tibo Kurtua istəyinə çatdı

“Çelsi”nin belçikalı qolkiperi “Real Madrid” klubuna transfer edilib

Bakı. Tural Turan - Belçikalı qolkiper Kurtua “Real Madrid” klubuna transfer edilib. Trend-in məlumatına görə qapıçı sabah Madriddə tibbi baxışdan keçdikdən sonra “Santyaqo Bernabeu” stadionunda azarkeşlərə təqdim olunacaq. 26 yaşlı futbolçu “Real”la 6 illik müqavilə imzalayıb.