Ən təhlükəli döş xərçənginin müalicəsi tapıldı


Digərləri 08 Avq 2018 23:52:00 337 0

Ən təhlükəli döş xərçənginin müalicəsi tapıldı

Leybnits adına Qocalmanın Araşdırılması İnstitutunun alimləri çox təhlükəli süd vəzi xərçəngi hüceyrələrində aktiv olan TRPS1 zülallarını eyniləşdiriblər. Bu birləşmə yeni effektiv dərmanlar üçün potensial hədəfdir.

Son.az oxu.az-a istinadən bildirir ki, bununla bağlı məlumat "MedicalXpress" tərəfindən yayımlanıb. 

Döş xərçəngi qadınlarda bədxassəli şişlərin ən təhlükəli növüdür və il ərzində bu xəstəlikdən 521 min insan dünyasını dəyişir. Bu xəstəliyin üç müxtəlif növü var: ER-müsbət, HER2-müsbət və üçqat mənfi xərçəng. Döş xərçəngi xəstəliklərinin 15 faizini təşkil edən sonuncu növün müalicəsi olduqca çətindir.