Dezinfeksiyaedici vasitələr bakteriyalara təsirini itirmək üzrədir


Digərləri 08 Avq 2018 23:25:00 332 0

Dezinfeksiyaedici vasitələr bakteriyalara təsirini itirmək üzrədir

Dünyanın bütün xəstəxanalarında infeksiyaların yayılmasının qarşısını almaq üçün sanitayzerdən (əl üçün spirt əsaslı dezinfeksiyaedici vasitə) istifadə edirlər. Amma son tədqiqatların nəticələrinə görə, bu vasitələr ən azı bir bakteriya qarşısında acizdir

Son.az AZƏRTAC-a istinadən bildirir ki, söhbət "Enterococcus faecium" bakteriyasından gedir. Təəssüf ki, bu bakteriya bəzi antibiotiklərə qarşı davamlılıq əldə edib. Nəticədə sidik ifrazı sistemi infeksiyaya yoluxur, sepsis əmələ gəlir. Məsələ bundadır ki, "E. Faecium" ştammları təqribən 20 il ərzində spirt tərkibli dezinfeksiyaedici vasitələrə davamlılıq əldə edib. Bu da o deməkdir ki, sanitariya siyasəti yenidən gözdən keçirilməlidir.

Bütövlükdə spirtli vasitələr çox səmərəlidir. Məsələn, dayanıqlı qızılı stafilokokku zərərsizləşdirir. Lakin universal deyildir.