İki pilot arasında eniş davası: "Çıxışda gözləyirəm"


Digərləri 08 Avq 2018 22:49:00 277 0

İki pilot arasında eniş davası: "Çıxışda gözləyirəm"

Türkiyənin Atatürk Hava limanında iki pilot arasındakı mübahisə dava ilə nəticələnib.

Son.az xəbər verir ki, buna səbəb təyyarələrdən birinin eniş zamanı qaydaları pozmasıdır.

Mübahisə Türk Hava Yollarına məxsus təyyarə eniş meydançasını tərk edərək parklama yerinə keçərkən yaşanıb. Onunla eyni vaxtda Atlas Hava Yollarına məxsus təyyarə enişi tamamladıqdan sonra sürətli şəkildə eniş meydançasını tərk edib. Bu zaman Atlas Globalın pilotu Türk Hava Yolları pilotuna dayanma xəttini keçdiyi ilə bağlı xəbərdarlıq edib. Tərəflər arasında mübahisə yaranır. Pilotlardan birinin "Çıxışda gözləyirəm" sözlərinə digər pilot "Görüşək, canım, görüşək"- deyə, cavab verib.