Misir gələn ildən İsrail qazı almağa başlayacaq


Dünya 08 Avq 2018 22:12:00 233 0

Misir gələn ildən İsrail qazı almağa başlayacaq

Misir 2019-cu ildən İsraildən təbii qaz almağa başlayacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Misirin "Dolphinus" enerji şirkəti gələn il əvvəlindən etibarən İsrail təbii qazını almağa başlayacaq.

Qeyd edək ki, "Dolphinus" 10 il ərzində İsraildən 15 milyard dollarlıq təbii qaz almaq üçün müqaviləni fevral ayında imzalayıb. Müqaviləyə görə, qarşıdakı 10 ildə 64 milyard kubmetr İsrail qazının Misirə göndərilməsi gözlənilir. "Dolphinus"un aldığı təbii qazın həcmi əvvəllər az olacaq və daha sonra bu göstərici tədricən artacaq. Şirkət İsraildən aldığı təbii qazı yenidən ixrac edəcək.