Tanımadığı şəxslə yeyibiçdi, sonra bıçaqladı: "Mənə "sən öl" dedi..." VİDEO


Kriminal 08 Avq 2018 21:30:00 292 0

Tanımadığı şəxslə yeyibiçdi, sonra bıçaqladı: "Mənə "sən öl" dedi..."  VİDEO

Abşeronda kafedə yeyib-içdikdən sonra tanımadığı şəxsə qarşı quldurluq edən bir nəfər tutulub.

Son.az bildirir ki, hadisə Abşeron rayonu Saray qəsəbəsindəki kafelərdən birində baş verib. Zaur Əhmədov kafedə yeyib içərkən başqa masada əyləşən Rahim Mustafayevlə tanış olub. Zaur Əhmədov adını belə soruşmadığı şəxslə yeyib-içərkən qəfildən mübahisə edib. Mübahisə zamanı Zaur Əhmədov bıçaqla onun bud nahiyyəsinə xəsarət yetirib, cibində olan 126 manat pulu götürüb qaçıb.

Yaralı Rahim Mustafayev dərhal şahidlər tərəfindən xəstəxanaya aparılıb. Polis əməliyyat-axtarış tədbirləri ilə quldurluq cinayətini törətməkdə şübhəli bilinən Zaur Əhmədovu saxlayıb. O, törətdiyi cinayəti etiraf edib.

Əvvəllər də iki dəfə müxtəlif cinayətlər törətmiş, amma məhkəmənin qərarı ilə şərti azadlığa buraxılmış Zaur Əhmədov deyib ki, bu əməlini törətməsinə səbəb yeni tanış olduğu Rahim Mustafayevin ona yalan danışması olub.

Faktla bağlı Zaur Əhmədov barəsində quldurluq maddəsi ilə cinayət işi başlanıb.