Estoniya səmasında gərgin anlar: İspaniya qırıcısı döyüş raketi buraxdı


Dünya 08 Avq 2018 20:55:00 279 0

Estoniya səmasında gərgin anlar: İspaniya qırıcısı döyüş raketi buraxdı

Estoniyada NATO-nun təyyarə bazasında yerləşdirilən İspaniyanın Hərbi Hava Güclərinə aid "Eurofighter" qırıcısı uçuş zamanı "hava-hava" sinfindən olan döyüş raketi buraxıb.

Son.az xəbər verir ki, Estoniyanın Müdafiə Nazirliyindən verilən məlumata görə, bu, səhvən baş verib.

Raketin buraxılması yerli vaxtla saat 15:44-də Panqodi yaşayış məntəqəsinin üstündə tədris uçuşları zonasında olub. Raket şimal istiqamətində uçub.