Nazir yeni qaydaları təsdiqləyib


Digərləri 08 Avq 2018 20:42:00 232 0

Nazir yeni qaydaları təsdiqləyib

Kənd təsərrüfatı nazir İnam Kərimov "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının etik davranış Qaydaları"nı təsdiq edib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, qəbul olunan etik davranış qaydalarının məqsədi vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinə etimadını yüksəltmək, fermerlərin çağırışlarına hazır müasir düşüncəli, operativ və öz davranışları ilə nümunə olacaq əməkdaşların formalaşdırılması, nazirliyin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasıdır. Qaydalara əsasən, əməkdaşların xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətdir.

Qaydalarda etik davranış qaydalarına əməl olunmasının təminatı, rəhbərlik tərəfindən həyata keçiriləcək nəzarətin mexanizmi etik davranış qaydalarının pozulmasına görə məsuliyyətlə bağlı məsələlər öz əksini tapıb.