Kaliforniyanın tarixində ən güclü yanğın qeydə alınıb


Dünya 08 Avq 2018 20:46:00 240 0

Kaliforniyanın tarixində ən güclü yanğın qeydə alınıb

Son bir həftə ərzində geniş əraziyə yayılan "Mendosino" yanğını ABŞ-ın Kaliforniya ştatının tarixində baş vermiş 8 yanğından ən böyüyü kimi qeydə alınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Kaliforniya ştatının Meşə Təsərrüfatı və Yanğın Mühafizə İdarəsinin məlumatına görə, yanğın 283 min 800 akr ərazini əhatə edib. Müqayisə üçün qeyd edək ki, 2017-ci ilin sonunda baş vermiş sonuncu - "Tomas" yanğını nəticəsində 281 min 947 akr ərazi yanaraq külə çevrilmişdi. Yanğınsöndürənlər cəmi 30 faiz ərazidə alovu söndürə biliblər. Hazırda yanğın yeni ərazilərə yayılır.