MN: Azərbaycan Ordusunun döyüş mövqelərində partlayış baş verməsi ilə bağlı Ermənistan KİVdə yayılmış xəbər təxribatdır


Digərləri 08 Avq 2018 20:09:00 288 0

MN: Azərbaycan Ordusunun döyüş mövqelərində partlayış baş verməsi ilə bağlı Ermənistan KİVdə yayılmış xəbər təxribatdır

Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış baş verməyib.

Son.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunur ki, erməni tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, yalandır və düşmənin növbəti təxribatıdır: "Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış hadisəsi baş verməyib.

Yayılan məlumat avqustun 6-da Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayışın baş verməsi barədə tərəfimizdən verilən məlumata düşmənin uğursuz cavab cəhdidir.

Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir".