Tərtərdə 6 kəndi birləşdirən yeni avtomobil yolunun inşası bitir (FOTO/VİDEO)


Digərləri 08 Avq 2018 19:51:00 267 0

Tərtərdə 6 kəndi birləşdirən yeni avtomobil yolunun inşası bitir (FOTO/VİDEO)

Tərtər rayonunda 21.5 km uzunluğunda inşa edilən yeni avtomobil yolunda işlər artıq tamamlanır.

Bakı. Tərtər rayonunda 21.5 km uzunluğunda inşa edilən yeni avtomobil yolunda işlər artıq tamamlanır. Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Tərtər rayonunun Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun inşa edilir. Tikinti norma və qaydalarına uyğun olaraq növbəti mərhələ üzrə yolun asfaltlanması işlərinə start verilib. Bunun üçün 130 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.