BATE-nin müdafiəçisi: "Cavab matçında daha diqqətli olmalıyıq"


İdman 08 Avq 2018 19:41:00 88 0

BATE-nin müdafiəçisi: "Cavab matçında daha diqqətli olmalıyıq"

“Çox çətin oyun oldu. İlk hissədə pis təsir bağışlamadıq. Məncə rəqibdən daha yaxşı oynadıq. Sadəcə, topa sahib olmada onlar bizdən üstün idilər. Uğurlu əks-hücumlar təşkil etdik. Daha çox qol vura bilərdik”.

Bu sözləri BATE-nin müdafiəçisi Yeqor Filipenko klubun rəsmi saytına açıqlamasında deyib. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Bakıda Qarabağ üzərində minimal hesablı qələbəni şərh edən futbolçu ikinci hissədə pis oynadıqlarını bildirib:

“Fasilədən sonra nə baş verdi? Bu, bizim bəlamızdır. Vəziyyəti başa düşməyə, səbəblərini aydınlaşdırmağa çalışırıq. Hesab edirəm ki, problem psixoloji durumla bağlıdır. Səfərdə hesabda öndəyik və bunu qorumaq istəyimiz var. Halbuki Qarabağ-ın təzyiqinə baxmayaraq, daha yaxşısını edə bilərdik”.

Filipenko öz cərimə meydançalarının yaxınlığında bir neçə epizodda uğursuz ötürmələrinin səbəblərini isə bu cür izah edib: “Topsuz çox qaçdıq. Ona görə də top bizdə olanda onu daha çox özümüzdə saxlamağa çalışırdıq. Təəssüf ki, bəzi epizodlarda səhvlərə yol verdim. Bu, futboldur. Həmin vaxt komanda yoldaşlarm məni sığortaladılar. Digər epizodlarda isə mən onların köməyinə gedirdim”.

Belaruslu oyunçu komandanın qapıçısı Denis Şerbitskinin çıxışını da xüsusi vurğulayıb: “Xoşbəxtlikdən qapıçı bu oyunda bizi xilas etdi. Şerbitski son matçlarda komandaya çox kömək edir. Təsadüfü deyil ki, onunla Milan kimi klublar maraqlanırlar (gülür). Əgər əcnəbi skautlar tez-tez bizim oyunlarımıza gəlsələr, Denis tezliklə BATE-ni tərk edəcək”.

Filipenko avqustun 14-də Borisovda keçiriləcək cavab matçına da toxunub: “Aydın məsələdir ki, azərbaycanlılarla dueldə hələ heç nə həll olunmayıb. Cavab matçı öncəsi şanslar bərabərdir. Maksimum gücümüzü ortaya qoyacağıq ki, iki oyunun nəticəsinə görə qələbə qazanaq. Arxa xəttdə daha diqqətli olmalıyıq. Çünki Qarabağ ilk dəqiqələrdən hücuma atılacaq. Vəziyyəti düzgün qiymətləndirib, qol şanslarından yararlanmaq lazımdır”.

Yanan avtomobildən sərnişini belə xilas etdi like
  • 08 Avq 19:39  
Digərləri Yanan avtomobildən sərnişini belə xilas etdi

ABŞ-da avqustun 6-da avtomobil sütuna çırpılaraq, alışıb.

arrow Ətraflı
Şəkidə yük avtomobili yanıb like
  • 08 Avq 19:35  
Digərləri Şəkidə yük avtomobili yanıb

Şəki rayonunda “Qaz” markalı yük avtomobilinin kabinəsi yanıb.

arrow Ətraflı
"İran iqtisadiyyatında yaranan problemlər onun səriştəsizliyidir" like
  • 08 Avq 19:34  
Dünya "İran iqtisadiyyatında yaranan problemlər onun səriştəsizliyidir"

İran parlamenti kooperasiya, əmək və sosial təminat naziri Əli Rəbiiyə e

arrow Ətraflı
6 bağlanmış bankın əmlakı satışa çıxarılır like
  • 08 Avq 19:29  
Digərləri 6 bağlanmış bankın əmlakı satışa çıxarılır

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmt

arrow Ətraflı
HƏMAS İsraillə razılaşdı like
  • 08 Avq 19:20  
Dünya HƏMAS İsraillə razılaşdı

HƏMAS İsraillə 5 il müddətinə atəşkəs sazişi imzalamağa razılıq ver

arrow Ətraflı
HƏMAS İsraillə razılaşdı - 5 il müddətinə like
  • 08 Avq 19:16  
Digərləri HƏMAS İsraillə razılaşdı - 5 il müddətinə

HƏMAS İsraillə 5 il müddətinə atəşkəs sazişi imzalamağa razılıq ver

arrow Ətraflı
Naxçıvan televiziyası rus dilində xəbər yayımına başladı like
  • 08 Avq 19:15  
Digərləri Naxçıvan televiziyası rus dilində xəbər yayımına başladı

Naxçıvan Dövlət Televiziyası rus dilində xəbər yayımına başlayıb.

arrow Ətraflı
Məhkəmə Mustafa Cecelinin istəyini like
  • 08 Avq 19:10  
Digərləri Məhkəmə Mustafa Cecelinin istəyini

Müğənni Mustafa Ceceli keçmiş arvadı Sinem Gedik və İntizarı məhkəmə

arrow Ətraflı
Qubada dağlıq və meşəlik ərazilərdə yanğın olub like
  • 08 Avq 19:05  
Digərləri Qubada dağlıq və meşəlik ərazilərdə yanğın olub

Quba rayonu Alpan, Qıpçal və Qələdüz kəndləri ərazisində biçilmiş ə

arrow Ətraflı
Barcelona seçim qarşısında qaldı like
  • 08 Avq 19:00  
İdman Barcelona seçim qarşısında qaldı

Barcelona-nın yeni transferləri Arturo Vidal, Malkom və Artu

arrow Ətraflı
Son iki ayda Rusiyada 150dən çox uşaq suda boğuldu like
  • 08 Avq 19:00  
Dünya Son iki ayda Rusiyada 150dən çox uşaq suda boğuldu

Son iki ayda Rusiyada 150-dən çox uşaq suda boğulub.

arrow Ətraflı
Qubada dağlıq və meşəlik ərazilərdə yanğın olub like
  • 08 Avq 18:56  
Digərləri Qubada dağlıq və meşəlik ərazilərdə yanğın olub

Quba rayonu Alpan, Qıpçal və Qələdüz kəndləri ərazisində biçilmiş ə

arrow Ətraflı
Toy karvanında avtoxuliqanlıq edən 4 sürücü saxlanıldı like
  • 08 Avq 18:55  
Digərləri Toy karvanında avtoxuliqanlıq edən 4 sürücü saxlanıldı

Binəqədi rayonu ərazisində keçirilən toy karvanına qoşulan bir qrup avto

arrow Ətraflı
Azərbaycanın peyki Fransa Qvianasında kosmodroma çatdırılıb like
  • 08 Avq 18:51  
Digərləri Azərbaycanın peyki Fransa Qvianasında kosmodroma çatdırılıb

Azərbaycanın "Azerspace-2/Intelsat 38" geostasionar peyki Fransa Qvi

arrow Ətraflı
Aparıcının sözündən əsəbiləşən Mənzurə efirdə saçını yoldu like
  • 08 Avq 18:46  
Digərləri Aparıcının sözündən əsəbiləşən Mənzurə efirdə saçını yoldu

Mənzurə Musayeva qonağı olduğu verilişdə aparıcı Zaurun "Efirə ba

arrow Ətraflı