"İran iqtisadiyyatında yaranan problemlər onun səriştəsizliyidir"


Dünya 08 Avq 2018 19:34:00 247 0

"İran iqtisadiyyatında yaranan problemlər onun səriştəsizliyidir"

İran parlamenti kooperasiya, əmək və sosial təminat naziri Əli Rəbiiyə etimadsızlıq göstərib.

Son.az report-a istinadən xəbər verir ki, deputatlar İran iqtisadiyyatında yaranan problemi onun səriştəsizliyi ilə əlaqələndiriblər.

Səsvermədə iştirak edən 243 deputatdan 129-u nazirin əleyhinə səs verib.

İran prezidenti Həsən Ruhani üç ay ərzində Əli Rəbiini tutduğu vəzifədən azad etməlidir.

Onun tərəfdarları isə bildirib ki, nazir ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə İran iqtisadiyyatında yaranmış problemlərdən dolayı məsuliyyət daşımır.