Barcelona seçim qarşısında qaldı


İdman 08 Avq 2018 19:00:00 284 1

Barcelona seçim qarşısında qaldı

Barcelona-nın yeni transferləri Arturo Vidal, Malkom və Artur Melodan biri yeni mövsümdə iştirak ərizəsindən kənarda qala bilər.

Goal.az “Marca” nəşrinə istinadən xəbər verir ki, buna səbəb komandada Avropa Birliyinə üzv olmayan ölkələrdən 6 futbolçunun çıxış etməsidir. İspaniya La Liqasının reqlamentinə əsasən, çempionatın hər bir komandasında maksimum 3 belə futbolçu oynaya bilər. Kataloniyalıların Yerri Mina və Marlon Santosu satacağını nəzərə alsaq, 3 yerə 4 namizəd qalır: Koutinyo, Vidal, Malkom və Artur.

Klub yaranmış problemi aradan qaldırmaq üçün Koutinyoya Portuqaliya vətəndaşlığı almaq istəyir. Çünki braziliyalı futbolçu artıq 2 ildən çoxdur portuqaliyalı xanımla evlidir və bu ölkənin vətəndaşlığını almağa tam hüququ çatır. Ancaq hazırda Barcelona üçün vaxt problemi var. “Marca” iddia edir ki, istənilən halda Vidal, Koutinyo, Malkom və Arturdan biri Sevila ilə İspaniya Superkuboku uğrunda keçiriləcək matçı buraxacaq.