Yolda halı pisləşən sürücünün ürəyi dayandı –


Digərləri 08 Avq 2018 18:35:00 286 0

Yolda halı pisləşən sürücünün ürəyi dayandı –

Şamaxıda bədbəxt hadisə baş verib. 

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Şamaxı şəhərinin Seyid Əzim Şirvani küçəsində Xınıslı kənd sakini 48 yaşlı Eldəniz Piriyev idarə etdiyi "VAZ 2106" markalı avtomobilinin sükanı arxasında ölü tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Ürək problemi olan Eldəniz Piriyevin maşın sürərkən halının pisləşdiyi və avtomobili yolun kənarında saxladıqdan sonra dünyasını dəyişdiyi ehtimal olunur. Mərhumun meyiti nəqliyyat vasitəsindən çıxarılaraq müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil verilib. 


Xəbərə aid fotolar