Toy karvanında avtoxuliqanlıq edən 4 sürücü saxlanıldı (FOTO)


Digərləri 08 Avq 2018 18:29:00 241 0

Toy karvanında avtoxuliqanlıq edən 4 sürücü saxlanıldı (FOTO)

Binəqədi rayonu ərazisində keçirilən toy karvanına qoşulan bir qrup avtomobil davamlı olaraq, hərəkətin intensiv olduğu yollarda çoxsaylı manevrlər etməklə digər avtomobil sürücülərin mülkiyyətinə və piyadaların həyatına real təhlükə yaradıb.

Bakı. Samir Əli - Binəqədi rayonu ərazisində keçirilən toy karvanına qoşulan bir qrup avtomobil davamlı olaraq, hərəkətin intensiv olduğu yollarda çoxsaylı manevrlər etməklə digər avtomobil sürücülərin mülkiyyətinə və piyadaların həyatına real təhlükə yaradıb. Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun Trend-ə verdiyi məlumata görə, “Təhlükəsiz şəhər” kameralarının köməyi ilə qeydə alınan fakt üzrə, dörd avtomobil müəyyən olunmaqla xətanın xüsusatları Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsində araşdırılıb, toplanan matreallar Binəqədi rayon məhkəməsinə göndərilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 1994-cü il təvəllüdlü Bərdə rayonu, Hacıallı kəndində qeydiyyatda olan, iki uşaq atası, taksi fəaliyyəti ilə məşğul olan “VAZ 21-06” markalı, 10 LA 821 dövlət qeydiyyat nişanlı, Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan Rəhimli Rəhim Yusif oğlu, 1996-cü il təvəllüdlü Abşeron rayonu, Hökməli qəsəbəsində qeydiyyatda olan, subay, “VAZ 21-06” markalı, 90 MF 936 dövlət qeydiyyatı nişanlı Nəbiyev Vüsal Eldar oğlu və 1989-cu ildə təvəllüdlü Beyləqan rayonunda qeydiyyatda olan, bir uşaq atası, Bakı şəhərində yaşayan, “Daewoo - Gentra” markalı, 99 AM 776 dövlət qeydiyyatı nişanlı avtomobilin sürücüsü Mehdiyev Cəlil Firdövsi oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1 –ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək barələrində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 1 (bir) ay müddətinə inzibati həbs tətbiq edilib.