Tolikdən Elnarəyə cavab:


Şou-biznes 08 Avq 2018 17:34:00 249 0

Tolikdən Elnarəyə cavab:

Xəbər verdiyimiz kimi, müğənni Elnarə Xəlilova ilə əməkdar artist Röya Ayxan arasında qalmaqal yaşanıb. 

Mİlli.Az axşam.az-a  istinadən bildirir ki, Xəlilovanın Röyanın yeni işıq üzü görən "Mənə sevgindən bəhs et" mahnısını plagiat adlandırması qarşı tərəfi özündən çıxarıb. Məsələ ilə bağlı prodüser Tarix Əliyev "Hər şey daxil" verilişində mövzu qoyub. 

Buna əsəbiləşən Elnarə Tolikin və Röyanın ünvanına sərt sözlər deyib. Tolikin də müğənniyə cavabı gecikməyib. O, E.Xəlilovanı paxıl adlandırıb:

"Bəlkə də bunu paylaşmayacaqdım. Amma Elnarə Xəlilova, sənin paylaşımından sonra yazıram ki, əmin olasan. Kinli, paxıl insanlar heç vaxt qabağa getmir. Bu gün veriliş aparıramsa və Röya ilə dostamsa, o demək deyil ki, proqramda kiminsə sifarişi ilə mövzu qoyulur. Allaha and içirəm ki, Röya ilə mövzu haqda danışmamışam. Sən bizim haqqımıza girdin. Sənin paylaşımından sonra bu mövzu aktual oldu, ona görə də biz verilişdə müzakirə etdik.