Hindistanda neft emalı zavodu yanır


Dünya 08 Avq 2018 16:48:00 217 0

Hindistanda neft emalı zavodu yanır

Hindistanın Mumbay şəhərində neft emalı zavodunda güclü yanğın baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 21 nəfər xəsarət alıb. Bir nəfərin vəziyyəti ağırdır.

Qeyd olunur ki, yanğından əvvəl bir neçə partlayış səsi eşidilib. Partlayışların səbəbi məlum deyil.

Yanğının söndürülməsi davam edir.