Ağsu sakinindən narkotik götürülüb


Digərləri 08 Avq 2018 16:29:09 177 0

Ağsu sakinindən narkotik götürülüb

Əvvəllər məhkum olunmuş rayon sakini, 40 yaşlı Elçin Abbasov saxlanılıb.

Bakı. Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini, 40 yaşlı Elçin Abbasov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu, yaşadığı evdən isə ümumi çəkisi 400 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.