Cavid Qurbanov: “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı işlərin birinci mərhələsi başa çatıb (FOTO)


Digərləri 08 Avq 2018 15:59:00 223 0

Cavid Qurbanov: “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı işlərin birinci mərhələsi başa çatıb (FOTO)

“Azərbaycan Dəmir Yolları” QSC-də Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Alan Luşnikov ilə görüş keçirilib.

Bakı. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı işlərin birinci mərhələsi başa çatıb, dəhlizin Azərbaycan ərazisində olan hissəsi tam istismara hazırdır. “Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumata görə, bunu qurumun sədri Cavid Qurbanov Rusiyanın nəqliyyat nazirinin müavini Alan Luşnikov ilə görüşdə deyib. C.Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri və Bakı -Tbilisi - Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib. C.Qurbanov bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi təkcə Azərbaycan, Rusiya Federasiyası və İran deyil, eləcə də ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artırmaq istəyən digər region dövlətlərinin də inkişafında əhəmiyyətli rol oynayacaq.