Bu il Azərbaycanda yol qəzalarında 311 nəfər həlak olub


Digərləri 08 Avq 2018 16:08:35 238 0

Bu il Azərbaycanda yol qəzalarında 311 nəfər həlak olub

2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanın avtomobil yollarında 806 və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,0 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Elçin Mehdiyev - Bu ilin yanvar-iyun aylarında Azərbaycanın avtomobil yollarında 806 və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz az yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 6,4 faiz azalaraq 1074 nəfər olub. Onlardan 311-i həlak olub, 763-ü isə yaralanıb.