Bakıda avtomobillərin qiyməti ucuzlaşır


Digərləri 08 Avq 2018 15:47:00 238 0

Bakıda avtomobillərin qiyməti ucuzlaşır

Hazırda avtomobil bazarında qiymətlərdə enmə müşahidə olunur.

Bakı. Elçin Mehdiyev - Hazırda avtomobil bazarında qiymətlərdə enmə müşahidə olunur. Bu barədə Trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib. V.Hüseynov bildirib ki, bir müddət bazarda qiymətlər süni şəkildə qalxmışdı və bu, bazar iştirakçılarını qane etmirdi: “Çünki yay aylarında bazarda qiymətlər ənənəvi olaraq aşağı düşür, lakin iyul ayı ərzində süni şişirdilmiş qiymət qalırdı. Ancaq son 1 həftədə qiymətlərdə enmə müşahidə olunur. Artıq iyul ayının sonu - avqust ayının əvvəli qiymətlər düşməyə başladı”.