ABŞ Konqresinə ilk dəfə müsəlman qadın seçilib


Dünya 08 Avq 2018 15:13:10 194 0

ABŞ Konqresinə ilk dəfə müsəlman qadın seçilib

ABŞ-da aralıq seçkiləri 2018-ci ilin noyabrında keçirilməlidir

Fələstin əsilli amerikalı Rəşidə Tlaib Miçiqan ştatındakı ilkin səsvermənin nəticələrinə əsasən, Amerika Nümayəndələr Palatasında yerini təmin edib və bununla bu qanunverici orqanda təmsil olunacaq ilk müsəlman qadın olub.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, R.Tlaib seçkilərdə Demokratlar Partiyasının namizədi olaraq qalib gəlib.

İlkin seçkilərdə müstəqil və Respublikaçılar Partiyasından namizədlər olmayıb və bu, R.Tlaibin aralıq seçkilərində rəqiblərinin olmayacağı anlamına gəlir. O, Konqresin Nümayəndələr Palatasında Miçiqan ştatını təmsil edəcək.

Qeyd edək ki, ABŞ-da aralıq seçkiləri bu ilinnoyabrında keçiriləcək.