3 min insan didərgin düşdü


Dünya 08 Avq 2018 15:13:00 249 0

3 min insan didərgin düşdü

İspaniyanın şərqindəki Valensiya əyalətində tüğyan edən meşə yanğınları ilə əlaqədar təxliyə olunan şəxslərin sayı 3 minə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, yanğın zonasında min hektardan çox meşə sahəsi yanıb. Meşə zolağına yaxın ərazidə 20 evin külə döndüyü bildirilir.